Rusiyalı oliqarx Boris Berezovskinin 2013-cü ildə müəmmalı şəkildə ölümünün baş verdiyi “Swan Lake” malikanəsi yenidən satışdadır. Bu dəfə malikanənin qiyməti 20 milyon funt sterlinq olaraq müəyyən edilib.
Berkşir qraflığında yerləşən bu dəbdəbəli mülk, keçmişdə kral ailəsinə məxsus olub və XIX əsrdə ov evi kimi istifadə edilib. İndi isə malikanə 9 yataq otağı, 12 vanna otağı və geniş ərazisi ilə yeni sahibini gözləyir.
Malikanənin interyeri də diqqət çəkir. İtalyan mərmərindən döşəmələr, geniş pilləkənlər, sauna, buxar otağı və qapalı hovuz malikanəyə xüsusi gözəllik qatır. “Swan Lake” həm tarixi, həm də müasir lüksü özündə birləşdirən nadir mülklərdəndir.