Martın 20-22-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.
Bakıda və Abşeronda hava proqnozu
Martın 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, cənub-şərq küləyi əsəcək. Temperatur gecə 6-8, gündüz 10-14 dərəcə isti olacaq.
Martın 21-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər zəif duman olacaq, cənub-qərb küləyi şimal-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 6-8, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Martın 22-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Temperatur gecə 6-8, gündüz 11-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava proqnozu
Naxçıvanda martın 20-21-də arabir yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq. Bəzi yerlərdə yağıntılar intensiv olacaq, şimşək çaxacaq, dolu düşəcəyi ehtimalı var. 22-də hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Temperatur gecə 2-7 dərəcə isti, dağlıq ərazilərdə 3 dərəcəyədək şaxta, gündüz 10-15 dərəcə isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, Daşkəsən-Gədəbəy, Göygöldə martın 20-də arabir yağıntılı olacaq, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 21-i səhərdən 22-si gündüzədək yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Temperatur gecə 0-5, gündüz 5-10, bəzi yerlərdə 14 dərəcə isti təşkil edəcək.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda martın 20-də arabir yağıntılı olacaq, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 21-i səhərdən 22-si axşamadək yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Temperatur gecə 5-10, gündüz 10-15, martin 22-də bəzi yerlərdə 20 dərəcə isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda martın 20-də arabir yağıntılı olacaq, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 21-22-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Temperatur gecə 5-10, gündüz 10-15, 22-də bəzi yerlərdə 20 dərəcə isti təşkil edəcək.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada martın 20-də arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. 21-22-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Temperatur gecə 5-10, gündüz 11-16, 22-də bəzi yerlərdə 20 dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda martın 20-də arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 21-22-də isə əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Temperatur gecə 8-10, gündüz 12-17, dağlarda gecə 3-6, gündüz 6-8 dərəcə isti təşkil edəcək.