Bakının Bəzi ərazilərində İşıq Olmayacaq: Səbəb Açıqlandı

News Image

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. “Azərişıq” ASC-nin yaydığı məlumata əsasən, bu gün Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən planlı təmir işləri aparılacaq.

Təmir işləri ilə əlaqədar olaraq, saat 11:00-dan 13:00-dək Şüvəlan qəsəbəsinin Güney Azərbaycan və Hacı Aslan Aslanov küçələrində elektrik enerjisinin verilişi dayandırılacaq.

“Azərişıq” ASC bildirir ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə elektrik enerjisinin təchizatı daha keyfiyyətli və dayanıqlı olacaq. Sakinlərdən yaranan narahatlığa görə üzr istənilir.

0