Bakıda Və Bölgələrdə Güclü Külək Xəbərdarlığı: Sarı Səviyyə

News Image

Bakıda və ətraf rayonlarda güclü külək xəbərdarlığı edilib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, martın 17-də Bakıda və Abşeron yarımadasında, həmçinin respublikanın bəzi bölgələrində küləkli hava şəraiti müşahidə olunacaq.

Sarı xəbərdarlıq səviyyəsinə uyğun olaraq, küləyin sürəti saniyədə 13.9 metrdən 20.7 metrə qədər arta bilər. Bu, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Salyan, Hacıqabul, Neftçala, Şirvan, Sabirabad, Qobustan, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Yevlax, Bərdə və Mingəçevir kimi şəhər və rayonları əhatə edir.

3