Bakıda və Abşeron yarımadasının bir sıra ərazilərində duman müşahidə edilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşam saatlarında cənub-şərq küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq. Bu isə dumanın tədricən azalmasına gətirib çıxaracaq.