Bakıda məktəbli şagird dərsdən yayınmaq üçün təhlükəli addım atıb.
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 233 saylı məktəbdə xoşagəlməz hadisə baş verib. Məktəbin 8-ci sinif şagirdi dərs zamanı məktəbdən çıxmaq istəyərkən ikinci mərtəbədən özünü atıb. Bu hadisə nəticəsində şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralıya dərhal ilkin tibbi yardım göstərilib və vəziyyətinin orta-ağır olduğu bildirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Hələlik hadisənin baş vermə səbəbləri tam olaraq məlum deyil.
Məktəbin direktoru Gülər Bəbirovadır. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Azər Allahverdiyev, Vüqar Ağamirzəyev və Şəbnəm Xəlilova hadisə baş verən zaman məktəbdə olmayıblar. Dərs zamanı müəllimin sinifdə olmadığı da bildirilir.