Bakıda növbəti dəhşətli yol qəzası baş verib. Nizami rayonu ərazisində, Heydər Əliyev prospektində şüpürgəçini avtomobil vurub.
Lent.az-ın məlumatına görə, hadisə nəticəsində 40 yaşlı Samirə Əyyub qızı Məsimova aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.
Faktla bağlı artıq araşdırmalara başlanılıb. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.