Bakıda Faciə: Qadın 9-cu Mərtəbədən Yıxılaraq Həyatını Itirdi

News Image

Bakıda dəhşətli hadisə baş verib. Məhəmməd Hadi küçəsində yaşayan 1983-cü il təvəllüdlü Fazilə Həsənova yaşadığı binanın 9-cu mərtəbəsindən yıxılaraq faciəvi şəkildə həyatını itirib.

Hadisə günün ikinci yarısında baş verib. Aldığı xəsarətlər nəticəsində qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Hadisənin başvermə səbəbləri araşdırılır.

0