Bakının Binəqədi rayonunda 36 yaşlı qadının əli blenderdə sıxışaraq qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin xilasediciləri dərhal müdaxilə ediblər.
Xilasedicilər xüsusi alətlərdən istifadə edərək, 1990-cı il təvəllüdlü qadının əlini blenderdən təhlükəsiz şəkildə çıxarıblar. Əməliyyat uğurla başa çatdırılıb.