Daxili İşlər Nazirliyinin məlumatına əsasən, martın 19-da Azərbaycanda itkin düşən 14 nəfər polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində tapılıb.
Nazirlikdən verilən açıqlamada bildirilir ki, həmin şəxslər ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanı tərk etdikləri üçün axtarışa verilmişdilər. Polis əməkdaşlarının operativ müdaxiləsi ilə itkin düşən şəxslər tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verilmir.