Astarada Qaz Kəsiləcək: Hansı Küçələrdə Yaşayanlar Nəzərə Alsın?

News Image

Astara rayonunun bəzi ərazilərində yaşayan sakinlər qaz təchizatında yaranacaq fasilələrlə bağlı xəbərdar ediliblər.

Lənkəran Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, Astara şəhərində, M.Əzizbəyov küçəsində kanalizasiya xətlərinin çəkilişi zamanı orta təzyiqli yeraltı qaz xətti zədələnib.

Təhlükəsizliyi təmin etmək məqsədilə M.Əzizbəyov, S.Vurğun və N.Paşa küçələrində ümumilikdə 760 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda qaz xəttində yaranmış nasazlığın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılır. Təmir işləri tamamlandıqdan sonra qaz təchizatı bərpa ediləcəkdir.

İdarə abonentlərdən yaranmış narahatlığa görə üzr istəyib.

2