Türkiyənin Ankara şəhərinin Haymana rayonunda 4.2 bal gücündə zəlzələ qeydə alınıb. AFAD-ın (Fəlakət və Təcili Halların İdarə Olunması) yaydığı məlumata əsasən, yeraltı təkanlar ətraf ərazilərdə də hiss olunub.
Zəlzələnin episentri 7.7 kilometr dərinlikdə yerləşir. Hadisə nəticəsində hər hansı bir dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb.
Əhali arasında təşvişə səbəb olan zəlzələdən sonra AFAD və digər müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb.