Ağcabədi rayonunda ağır yol qəzası baş verib. İki avtomobilin toqquşması nəticəsində dörd nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə Rəncbərlər kəndi yaxınlığında qeydə alınıb. Toqquşan avtomobillərdən biri olan “VAZ 2106” markalı nəqliyyat vasitəsi sürücünün idarəetməsini itirməsi səbəbindən yol kənarındakı dərəyə aşıb.
Qəza nəticəsində xəsarət alan Rövşən İsmayılov, Eldəniz Əbülfət, Saya Mehralızadə və Gülüm Mehralıyeva dərhal Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər yaralılara lazımi tibbi yardımı göstərirlər.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb. Qəzanın başvermə səbəbləri araşdırılır.