Türkiyənin Adana şəhərində polisin ‘dayan’ əmrinə məhəl qoymayan və nəticədə avtomobili 6 ay müddətinə müsadirə edilən gənc sürücünün açıqlaması gündəmə düşüb.
Məlumata əsasən, modifikasiya edilmiş avtomobil həvəskarı olan gənc, polisdən qaçdıqdan sonra avtomobilini gizlətdiyini etiraf edib. O, indiyədək 15 dəfə yol hərəkəti qaydalarını pozduğuna görə cərimələndiyini, lakin avtomobilindən vaz keçməyəcəyini bildirib.
Sürücü avtomobilə olan sevgisini belə ifadə edib:
‘Cərimələr artsa belə, bu maşından imtina etmərəm. Həbsə girərəm, amma avtomobilimi vermərəm. Bu, mənim üçün bir ehtirasdır.’
Bu hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. İstifadəçilərin əksəriyyəti sürücünün davranışını tənqid edərək yol hərəkəti qaydalarına riayət etməyin vacibliyini vurğulayıb.