Astronomlar Günəş sistemindən kənarda, Yerə bənzəməyən yeni bir planet növü aşkar ediblər. Tədqiqat zamanı James Webb Kosmik Teleskopu və digər teleskopların məlumatlarından istifadə olunub.
L 98-59 d adlı ekzoplanet Yer kürəsindən təxminən 35 işıq ili uzaqlıqda yerləşir. Planetin ölçüsü Yer kürəsindən təxminən 1,6 dəfə böyükdür.
Alimlərin fikrincə, bu planetin atmosferində hidrogen sulfid kimi kükürd tərkibli qazlar var. Bu qaz çürük yumurta qoxusu ilə tanınır. Planetin səthinin ərimiş silikatlardan ibarət lava və geniş maqma okeanı ilə örtülü olduğu ehtimal edilir.
Yeni Ekzoplanet Sinifi: Bu xüsusiyyətlər onu indiyədək məlum olan planet kateqoriyalarından fərqləndirir və yeni ekzoplanet sinfi kimi qiymətləndirilməsinə səbəb olur. Alimlər hesab edirlər ki, bu kəşf kainatda mövcud olan planetlərin düşündüyümüzdən daha müxtəlif olduğunu göstərir.