Serbiya Prezidenti Aleksandar Vuçiç, Üçüncü Dünya müharibəsinin artıq başladığını iddia edib. O, bu barədə rəsmi açıqlama olmasa da, vəziyyətin kritik olduğunu vurğulayıb.
“Berliner Zeitung” nəşrinə müsahibəsində Vuçiç, strateji resurslar uğrunda mübarizənin getdiyini bildirib. Onun fikrincə, bir çox ölkə daha geniş miqyaslı münaqişələrə hazırlaşır.
“Bu münaqişələrdə taktiki nüvə silahından istifadə edilməsi istisna deyil”, – deyə Serbiya Prezidenti xəbərdarlıq edib.