Tramp Və İrlandiya Baş Nazirinin Görüşündə Maraqlı Detal: Ləkə Anı!

News Image
thumb
thumb

ABŞ Prezidenti Donald Trampın İrlandiyanın Baş naziri Maykl Martinlə görüşü zamanı yaşanan maraqlı anlar diqqət çəkib. Maykl Martinin şalvarındakı ləkəni təmizləmək üçün göstərdiyi səy kameralara düşüb və sosial mediada geniş müzakirələrə səbəb olub.

Görüş Vaşinqtonda, Ağ Evdə Müqəddəs Patrik Günü proqramı çərçivəsində baş tutub. Kadrlar İrlandiya Baş nazirinin paltarındakı ləkəni aradan qaldırmaq üçün necə tələsdiyini göstərir.

Sosial media istifadəçiləri bu anı görüşün ən yaddaqalan məqamlarından biri kimi qiymətləndiriblər. Martinin ləkəni salfet və ya başqa bir vasitə olmadan təmizləməyə çalışması müxtəlif rəylərə səbəb olub.

0