İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Gerçək vəd 4” əməliyyatının yeni dalğasına start verib.
“Fars” xəbər agentliyinin yaydığı məlumata görə, əməliyyatın 50-ci dalğası çərçivəsində İsrail və ABŞ-ın bölgədəki hərbi bazalarına zərbələr endirilib.
Hücumlar SEPAH-ın Hava-Kosmik Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirilib. Məlumata əsasən, bu PUA-lar ABŞ hərbçilərinin bölgədəki gizləndiyi yerləri aşkar edərək onlara hücumlar təşkil edir.
Xatırladaq ki, bundan əvvəl ABŞ və İsrail İran ərazisinə hava zərbələri endirmişdi. Buna cavab olaraq SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı bəzi obyektləri hədəfə almışdı.