Müctəba Xamenei: Atamın Cənazəsi Mənə Güclü Təsir Etdi

News Image

İranın yeni Ali Rəhbəri Müctəba Xamenei atasının vəfatı ilə bağlı xalqa müraciət edib. O, ABŞ-ın hücumu nəticəsində dünyasını dəyişən Ayətullah Əli Xamenei haqqında danışıb.

Xamenei atasının ölümündən sonra onun cənazəsini ziyarət etmək imkanı əldə etdiyini bildirib. Bu mənzərənin onda dərin təəssürat yaratdığını vurğulayıb.

O, “Şəhadətindən sonra onun cənazəsini ziyarət etmək imkanım oldu. Gördüklərim güc və mətanət dolu bir dağ kimi idi”, – deyə bildirib.

Müctəba Xamenei atasının sağ əlinin yumruq şəklində sıxıldığını və bunun böyük iradənin simvolu olduğunu qeyd edib.