Meteoroloqlar Xəbərdarlıq Edir: Dünyanı Yeni İqlim Fəlakəti Gözləyir!

News Image

El-Ninyo fenomeni: Son 10 İlin Ən Güclü İqlim Hadisəsi!

Meteoroloqların son xəbərdarlığına əsasən, yaxın zamanlarda baş verəcək El-Ninyo iqlim fenomeni son on ilin ən güclüsü ola bilər. Bu barədə mütəxəssislər xəbərdarlıq edirlər.

El-Ninyo Sakit okeanın ekvatorial bölgəsində suyun hərarətinin qeyri-adi şəkildə artması ilə xarakterizə olunur. Bu proses, qlobal istiləşməyə və dünyanın müxtəlif ərazilərində təhlükəli hava şəraitinin formalaşmasına gətirib çıxara bilər.

ABŞ-nin Okean və Atmosfer Araşdırmaları üzrə Milli İdarəsinin (NOAA) proqnozlarına əsasən, bu təhlükəli hadisə artıq bu ilin iyun-avqust aylarında yenidən aktivləşəcək və ən azı 2026-cı ilin sonuna qədər davam edəcək.

Meteoroloqlar qeyd edirlər ki, El-Ninyonun ən ciddi təsirləri qarşıdakı qış mövsümündə özünü göstərəcək. Nəticədə, 2026 və 2027-ci illər meteoroloji tarixdə ən isti illər kimi qeydə alına bilər. Sakit okeanda suyun temperaturunun normadan 1.5-2 dərəcə yüksək olacağı proqnozlaşdırılır.

4