İran Prezidenti Məsud Pezeşkian, İran kəşfiyyat naziri İsmayıl Xətibin vəfatını təsdiqləyib.
Bu barədə o, özünün “X” hesabında yazıb.
“Hörmətli həmkarlarım İsmail Xətib, Əli Laricani və Əziz Nəsirzadənin bəzi ailə üzvləri və onu müşayiət edən komanda ilə birlikdə qətlə yetirilməsi xəbəri ürəyimizi parçaladı.”
“Onların ölümü ilə bağlı İran xalqına dərin hüznlə başsağlığı verirəm. Əminəm ki, onların yolu əvvəlkindən daha möhkəm davam edəcək”, – deyə Pezeşkian qeyd edib.