Kuba hökuməti ABŞ səfirliyinin generatorlar üçün dizel yanacağı idxal etmək tələbini rədd edib.
“The Washington Post” qəzetinin Dövlət Departamentinin daxili sənədinə
Qəzetin yazdığına görə, Kubadakı Amerika diplomatik missiyası müntəzəm elektrik kəsintiləri səbəbindən ən azı 18 aydır dizel generatorlarından istifadə edir.
Yanacaq təchizatının olmaması səbəbindən səfirliyin bəzi əməkdaşları 2026-cı ilin may ayında və ya daha tez ölkəni tərk etməli ola bilər.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İrana qarşı hərbi əməliyyat başa çatdıqdan sonra Kuba ilə bağlı gələcək fəaliyyət istiqamətini müəyyən edəcəyini bildirmişdi.
Bundan əvvəl isə o, Venesueladan neft tədarükünün azalması səbəbindən Kuba iqtisadiyyatının çöküşə doğru getdiyini iddia etmişdi.