İsrail Tehranı Bombaladı: Ordudan şok Zərbələr Açıqlaması!

News Image

İsrail ordusu Tehran üzərinə yeni hücumlara başlayıb. İsrail Müdafiə Qüvvələri (SAXAL) bu barədə rəsmi məlumat yayıb.

SAXAL-ın yaydığı bəyanatda deyilir: “İsrail ordusu İran rejiminin Tehrandakı hədəflərinə qarşı silsilə zərbələr endirib.”

Xatırladaq ki, bundan əvvəl İsrailin müdafiə naziri İsrael Kats, İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini bildirmişdi. Daha sonra ABŞ Prezidenti Donald Tramp da ölkəsinin bu əməliyyatda iştirak etdiyini açıqlamışdı.

İran isə cavab olaraq İsrailə onlarla ballistik raket atmışdı. İsrail Müdafiə Qüvvələri bu hücumları təsdiqləyib, ölkədə hava hücumundan müdafiə sistemləri aktivləşdirilib və sirenlər çalınmışdı.

Məlumatlara görə, martın 1-də İranın Ali Lideri Əli Xamenei bu hücumlar nəticəsində həlak olub.

İran, ABŞ-ın hərbi bazalarının yerləşdiyi bir çox qonşu ölkəyə də raket zərbələri endirib. Bu səbəbdən həmin ölkələrin hava məkanları müvəqqəti olaraq bağlanıb.