İsrail Ordusu Livanda Hizbullahı Hədəfə Aldı: Genişmiqyaslı əməliyyat

News Image

İsrail ordusu Livanın cənubunda Hizbullah hərəkatına qarşı genişmiqyaslı əməliyyatlara başlayıb.

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) yaydığı məlumata görə, əməliyyatlar Dov dağı bölgəsində cəmləşib.

SAXAL-dan verilən açıqlamada, əməliyyatın məqsədinin İsrailin şimal bölgələrinin müdafiəsini gücləndirmək olduğu bildirilib. Hücumlar zamanı Hizbullahın dayaq məntəqələri, raket qurğuları, minaatan mərmilər və digər silah anbarları məhv edilib.

Hizbullahın Infrastrukturuna Zərbələr Endirildi

İsrail ordusu Livan ərazisində Hizbullah hərəkatının infrastruktur obyektlərinə silsilə zərbələr endirib. SAXAL-ın məlumatına əsasən, atəşə hazır vəziyyətdə olan onlarla raketburaxıcı qurğu sıradan çıxarılıb, İsrail istiqamətində atışlar həyata keçirməyə hazırlaşan döyüşçülər zərərsizləşdirilib.

Həmçinin, Dahiya rayonunda Hizbullahın 10 obyektinə, o cümlədən kəşfiyyat qərargahına, Radvan bölməsinin qərargahına və əlavə komanda məntəqələrinə zərbələr endirilib.

Qeyd edək ki, Hizbullah hərəkatı bu gün səhər saatlarında Təl-Əviv yaxınlığındakı Qlilot hərbi kəşfiyyat bazasına raketlər atdığını iddia edib.