İsrail Müdafiə Qüvvələri (İMQ) İran tərəfindən göndərilən yeni raket dalğasını aşkar edib. Ordu sözçüsünün açıqlamasında deyilir ki, müdafiə sistemləri bu təhdidləri zərərsizləşdirmək üçün çalışır.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı həyata keçirilən “Gerçək vəd – 4” əməliyyatı çərçivəsində 72-ci hücum dalğasının başladığını bəyan edib.
Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı, İranın şəhərlərinə hava zərbələri endirdiyi xatırlanır. Buna cavab olaraq İran da İsrail ərazisinə raketlər atmışdı. İran qüvvələri, həmçinin ABŞ-ın Fars körfəzi ölkələrindəki hərbi bazalarına da hücumlar təşkil edib. Yaxın Şərqdəki gərgin vəziyyətlə əlaqədar bəzi ölkələr hava məkanlarını müvəqqəti olaraq bağlayıb. Həmin gün İranın dini lideri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində həlak olub.