İranla Müharibədə Yaralanan Abş əsgərlərinin Sayı Açıqlandı

News Image

İrana qarşı əməliyyatlarda iştirak edən ABŞ hərbçiləri arasında yaralananların sayı açıqlanıb. “ABC News”un məlumatına görə, bu müddət ərzində 232 amerikalı əsgər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, yaralıların əksəriyyəti kəllə-beyin travması diaqnozu ilə müalicə olunur. Xəsarət alan hərbçilərdən 207-si artıq xidməti vəzifələrini yerinə yetirməyə qayıdıb. Vəziyyəti ağır olan 10 nəfər isə hələ də həkim nəzarətindədir.

0