İran Yaponiya ilə apardığı danışıqlardan sonra yapon gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyə hazırdır. Bu barədə İran Xarici İşlər Naziri Abbas Əraqçi bildirib.
Nazir qeyd edib ki, İran Hörmüz boğazını bağlamayıb və boğaz bütün gəmilər üçün açıqdır. Yapon gəmilərinin boğazdan keçməsi ilə bağlı Tokio ilə məsləhətləşmələrə başlanılıb.