İran İsrailə Zərbələr Endirdi: Hədəfdə Kəşfiyyat Qərargahı Və Radar Stansiyası

News Image

İran İsrailə zərbələr endirdi

İran ordusu İsrailin Hayfa şəhərində yerləşən hərbi dəniz bazasındakı bir neçə strateji hədəfə zərbələr endirib. İran dövlət televiziyasının məlumatına görə, bu hədəflər arasında “Aman” hərbi kəşfiyyat qərargahı, radioelektron kəşfiyyat bölməsi, “Green Pine” radar stansiyası və sualtı qüvvələr qərargahı yer alıb.

Həmçinin, İran tərəfindən İsrailə doğru yeni raket buraxılışları qeydə alınıb. İsrail Müdafiə Qüvvələri (SAXAL) bu məlumatı təsdiqləyib və müdafiə sistemlərinin təhlükənin qarşısını almaq üçün işlədiyini bildirib. Ölkə daxilində müvafiq rayonlarda ehtiyat tədbirləri görülüb.

Fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats, İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlamışdı. Daha sonra ABŞ Prezidenti Donald Tramp da ölkəsinin bu əməliyyatda iştirak etdiyini bildirmişdi.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü iddia olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib, nəticədə həmin ölkələrdə hava məkanı müvəqqəti olaraq bağlanıb.