İranın rəsmi xəbər agentliyi “Tasnim” Hörmüz boğazının gəmiçiliyə açılması üçün Tehrandan sərt şərtlər irəli sürüb. Agentliyin məlumatına görə, boğazın açılması yalnız hərbi əməliyyatların dayanması ilə kifayətlənmir.
Tehran strateji güzəştlər tələb edir:
- İrana qarşı sanksiyaların ləğvi
- Dondurulmuş aktivlərin geri qaytarılması
- ABŞ bazalarının regiondan çıxarılması
- Dollardan imtina
İran regional ölkələrin iqtisadi və təhlükəsizlik əməkdaşlığı vasitəsilə ABŞ təzyiqini neytrallaşdırmasını və Yaxın Şərqdə yeni nizam yaratmasını istəyir. Xatırladaq ki, ABŞ gəmilərin müşayiəti üçün koalisiya yaratmaq istəsə də, Avropa ölkələri bu missiyaya qoşulmağa hazır deyillər.