İran Hörmüz boğazından keçən tankerlər üçün yeni rüsum təyin edib.
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Aləddin Borucerdi bu barədə məlumat verib. Borucerdi, Hörmüz boğazında 47 ildən sonra yeni suveren rejimin qurulduğunu və bunun İran İslam Respublikasının haqqı olduğunu vurğulayıb.
O, gəmilərin Hörmüz boğazından keçid hüququ üçün 2 milyon dollar ödəniş tələb olunmasının İranın gücünü nümayiş etdirdiyini bildirib.