Böyük Britaniya Hörmüz boğazında gəmiçiliyi təmin etmək üçün hərbi gəmi göndərməkdən imtina edib. Baş nazir Kir Starmer bu qərarı The Telegraph nəşrinə açıqlayıb.
Hökumət minaların axtarışı üçün PUA dronları göndərməyi planlaşdırır, lakin donanmanı aktivləşdirməyə hazır deyil. Energetika naziri Ed Milibend boğazın fəaliyyətini bərpa etmək üçün yolların araşdırıldığını bildirib.
Fransa, Almaniya və Cənubi Koreya da ABŞ-ın tələbinə müsbət cavab verməyib. Böyük Britaniyanın bu addımı Starmer və Tramp arasında münasibətləri daha da gərginləşdirə bilər. Ağ Ev Hörmüz boğazında gəmilərin təhlükəsizliyini təmin etmək üçün koalisiya yaratmağı planlaşdırır.
Yaponiya Müdafiə Naziri Sindziro Koidzumi bildirib ki, hazırda Özünümüdafiə Qüvvələrinin göndərilməsi gündəmdə deyil. Avstraliya da BƏƏ-yə hərbi təyyarə göndərəcək, lakin Hərbi-Dəniz Qüvvələrinin gəmilərini göndərməyəcək.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.