Dünyanın ən xoşbəxt ölkələrinin yeni reytinqi açıqlanıb. Siyahıya bu dəfə də Finlandiya başçılıq edir. Finlandiya artıq 9 ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilir.
İlk beşlikdə həmçinin İslandiya, Danimarka, İsveç və Norveç yer alıb. Mütəxəssislər bu ölkələrin yüksək həyat səviyyəsi və güclü sosial təminat sistemi ilə seçildiyini bildirirlər.
Siyahının sonunda isə Əfqanıstan qərarlaşıb.