Son zamanlar çoxumuz metal əşyalara toxunduqda xırda elektrik zərbələri hiss edirik. Bunun əsas səbəbi statik elektrikdir.
Statik elektrik bədəndə elektrik yükünün yığılması nəticəsində yaranır. Quru hava şəraitində bu hal daha çox müşahidə olunur. Payız-qış aylarında istilik sistemləri havanı qurutduğundan, bədəndə elektrik yükü daha asan toplanır.
Sintetik geyimlər və rezin altlıqlı ayaqqabılar da statik elektriki artırır. Yığılan elektrik metal əşyaya toxunduqda ani boşalma yaradır və bu zaman “tok vurma” hissi meydana çıxır.
Nə etməli?
Mütəxəssislər bildirir ki, bu vəziyyət əksər hallarda təhlükəli deyil. Lakin başgicəllənmə, ürəkdöyünmə kimi hallar müşahidə edilərsə, həkimə müraciət etmək lazımdır.
Statik elektriki azaltmaq üçün:
- Otaqda hava nəmləndiricisindən istifadə edin.
- Pambıq tərkibli geyimlərə üstünlük verin.
- Dərini nəmləndirən kremlərdən istifadə edin.