Yaşlı insanlarda gözlərin tez-tez sulanması bir neçə tibbi səbəblə bağlı ola bilər.
BAKU.WS xəbər verir ki, bunu "Gazeta.ru"ya açıqlamasında "Medicina" səhiyyə müəssisəsinin (akademik Roytberq klinikası) oftalmoloq və göz cərrahı Sino Qoziev bildirib.
O əlavə edib ki, bu hallar adətən göz yaşı axarlarının daralması, qapaq ptozu (sarkması) və ya göz yaşı vəzilərinin funksional pozğunluğu ilə əlaqəlidir.
"Göz yaşı axarlarının daralması və ya tıxanması yaşlı pasiyentlərdə tez-tez rast gəlinən haldır. Yaş artdıqca göz yaşı yollarında anatomik dəyişikliklər baş verir. Onlar daralır, qısalır və elastikliyini itirir. Nəticədə göz yaşının axması çətinləşir, maye yığılır və davamlı şəkildə gözlərin sulanmasına səbəb olur.
Qapaqların sarkması və dəri elastikliyinin azalması səbəbindən, xüsusilə yuxu zamanı göz qapaqları tam bağlanmır. Bu da buynuz qişanın qurumasına və nəticədə kompensator şəkildə göz yaşı ifrazının artmasına gətirib çıxarır. Bu mexanizm "reflektor göz yaşarması" adlanır",-deyə həkim izah edib.
Qozievin sözlərinə görə, göz yaşı vəzilərinin funksiyasının pozulması da yaşlı insanlarda gözlərin sulanmasının başqa bir yayılmış səbəbidir.
"Göz yaşı mayesinin azalması və ya tərkibinin dəyişməsi "quru göz sindromu"na gətirib çıxarır. Bu vəziyyət paradoksal görünsə də, əksinə, göz yaşarması ilə nəticələnir. Bunun səbəbi, buynuz qişa quruduqda reflektor mexanizmin işə düşməsi və yalnız su tərkibli, lakin yağ və selikli komponentləri çatışmayan göz yaşı ifrazının artmasıdır. Bu da göz yaşı təbəqəsinin sabitliyini pozur," – deyə həkim qeyd edib.
2025-11-04
22:16:06
Yaşlı Insanlarda Gözlərin Sulanmasının üç əsas SƏBƏBİ
Digər Xəbərlər
-
Boy Fərqinin Genetik şifrəsi: Kişilər Niyə Qadınlardan Daha Uzun Olur?
2025-11-04 23:46:10 -
25 Ildən Sonra Insanlar Necə Görünəcək? - Mütəxəssislərdən Xəbərdadlıq
2025-11-04 23:31:07 -
Son 500 Ildə Dünyamızı Heyrətamiz Dərəcədə Dəyişən Dörd Bitki
2025-11-04 23:01:10 -
Yumurta Ilə Bağlı Bilmədiyiniz 5 FAKT
2025-11-04 22:46:10 -
Süni Intellekt Zəhərləndi - Məlumat Zəhərlənməsi Nədir?
2025-11-04 22:01:09