Yaponiyanın ən böyük içki istehsalçılarından olan "Suntory" qarın yağını azaltmağa kömək edən su buraxıb.
Oxu.Az "Oddity Central" nəşrinə istinadən xəbər verir ki, "Xüsusi Su" adı altında satışa çıxarılan məhsulun ilk baxışdan adi mineral sudan heç bir fərqi yoxdur - şəffaf, dadsız, kalorisiz, şəkərsiz və ya kofeinsizdir.
Bununla belə, məhsul ölkədə rəsmi olaraq "funksional qida" kimi qeydiyyata alınıb.
"Xüsusi Su"nun əsas xüsusiyyəti tərkibində fermentləşdirilmiş düyü kəpəyindən əldə edilən aşağı molekulyar çəkili metaboliti olan HMPA-nın olmasıdır. Araşdırmalara görə, HMPA kök insanlarda qarın yağının paylanmasını yaxşılaşdırır.
"Xüsusi Su" ilk növbədə ofis işçiləri və oturaq həyat tərzi keçirən insanlar üçün nəzərdə tutulub. Yeni içki həyat tərzini kəskin şəkildə dəyişmədən öz sağlamlığını qorumaq istəyənlər üçün faydalıdır.
2025-10-31
21:31:09
Yaponlar Arıqlamaq üçün Xüsusi Su Istehsal Ediblər
Digər Xəbərlər
-
Kosmosa Siçanları Da Göndərdilər - Yarım Il Qalacaqlar
2025-11-01 10:47:09 -
Oturaq Həyat Tərzinin Zərərlərindən Necə Qorunaq?
2025-10-31 22:16:09 -
Antarktidada 6 Milyon Illik Buz: Yer Kürəsində Temperaturun Kəskin Dəyişdiyi Sübut Olundu
2025-10-31 22:01:09 -
Alimlər Qədim Molyuskların Yeni Növünü Tapdılar
2025-10-31 21:16:09 -
Mətbəx Sodasını 3 Fərqli Yerdə Işlədin
2025-10-31 21:00:12