İnsan ürəyi təkcə qanı dövr etdirən bir orqan deyil, həm də olduqca mürəkkəb və özünəməxsus 'ağıla' sahib bir quruluşdur. Onun daxilində ritmini idarə edən, stressə, fiziki aktivliyə və təzyiq dəyişikliklərinə cavab verən öz sinir sistemi mövcuddur.
Maraqlıdır ki, kişi və qadın ürəkləri fərqli şəkildə yaşlanır. Kişilərdə ürək daha çox uzanmağa meyilli olduğu halda, qadınlarda mədəcik divarları qalınlaşır. Bu fərqlilik infarkt zamanı yaranan əlamətlərin cinslərə görə fərqli olmasına gətirib çıxarır.
Bəzi insanlar 'non-dipper' adlanan tipə aiddir. Onların ürək ritmi və təzyiqi gecə saatlarında aşağı düşmür, bu da infarkt və insult riskini artırır.
'Sınmış ürək' sindromu zamanı güclü emosional və fiziki stress ürəyin müvəqqti olaraq normal işləməməsinə səbəb ola bilər. Bu vəziyyət infarkta bənzəsə də, damarların tıxanması baş vermir.
Ürək müxtəlif enerji
Beləliklə, insan ürəyi olduqca mürəkkəb, çevik və hətta ən stresli vəziyyətlərdə belə fəaliyyət göstərməyi bacaran unikal bir orqandır.