Yüksək qan təzyiqi infarkt və insult riskini artırır. Mütəxəssislər təzyiq ölçərkən diqqətli olmağı tövsiyə edir, çünki kiçik detallar nəticələrə ciddi təsir göstərə bilər.
Qolun vəziyyəti önəmlidirmi?
Araşdırmalar göstərir ki, qolun mövqeyi təzyiq göstəricilərini dəyişə bilər. Qol aşağı sallandıqda, təzyiq 7 mm civə sütunu yüksək görünə bilər. Bu fərq təzyiqi normaldan yüksək səviyyəyə qaldıra bilər. Tədqiqat necə aparılıb? 18-80 yaş arası 133 könüllü üç fərqli vəziyyətdə (qol masada, dizdə və aşağı sallanmış vəziyyətdə) təzyiqini ölçüb. Nəticələr göstərib ki, qol dizdə olanda təzyiq orta hesabla 4 mm, aşağı sallananda isə 6 mm-dən çox yüksək ölçülür.Düzgün ölçmə qaydaları
Kardioloqlar təzyiqi düzgün ölçmək üçün aşağıdakıları tövsiyə edir:- Stulda arxası dayaqla oturun.
- Ayaqlarınızı yerə düz qoyun.
- Qolunuzu ürək səviyyəsində masa üzərində saxlayın.