ABŞ və İtaliya sakinlərinin 50%-i gündəlik həyatda süni intellekt texnologiyalarının aktiv yayılmasından daha çox narahatdırlar.
Oxu.Az bu barədə "Pew Research Center" araşdırma şirkətinin saytına istinadla xəbər verir.
Bildirilir ki, sözügedən iki dövlətin sakinləri şirkətin 25 ölkədə keçirdiyi sorğuda bu problemlə bağlı narahatlıq üzrə lider olublar.
Süni intellektin yayılmasından həmçinin Avstraliyada (rəyi soruşulanların 49%-i), Braziliyada (48%), Yunanıstanda (47%) və Kanadada (45%) çoxları narahatdır.
Bununla bağlı ən az narahat olanlar Cənubi Koreya (16%) və Hindistan (19%) sakinləridir.
Qeyd edək ki, "Pew Research Center" 2025-ci ilin mart ayında ABŞ, Böyük Britaniya, Almaniya, Keniya, İndoneziya, Türkiyə və Meksika daxil olmaqla 25 ölkədə sorğu keçirib.
Tədqiqatda 3 605 nəfər iştirak edib.
2025-10-16
21:31:10
Süni Intellektdən ən çox Qorxan ölkə Sakinləri
Digər Xəbərlər
-
Hər Il Minlərlə Insan Bu Dəlikdən Keçmək üçün Sıraya Girir - Maraqlı Dini Inanc
2025-10-17 14:46:06 -
Rəqəmlər Inanılmazdır! Bir Kiloqram Qızılın Bir Ayda Qazandırdığı Pula Baxın! - VİDEO
2025-10-17 11:59:09 -
İkinci əl Avtomobil Hissələri Alarkən Nələrə Diqqət Edilməlidir ?
2025-10-17 11:53:09 -
Payızda Immuniteti Gücləndirən Qidalar
2025-10-16 23:46:07 -
Hər Axşam Bir Mandarin Yeyin...
2025-10-16 23:01:11