Çinin Ninsya Tibb Universitetinin alimləri tərəfindən aparılan genişmiqyaslı metatəhlil göstərib ki, səhər yeməyindən imtina etmək piylənmə, yüksək qan təzyiqi (hipertoniya), qanda qlükozanın artması və xolesterin pozuntuları kimi əlamətlərlə xarakterizə olunan metabolik sindrom riskini əhəmiyyətli dərəcədə artırır.
Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub.
Onminlərlə insanın iştirak etdiyi doqquz elmi tədqiqatın analizi sübut edib ki, səhər yeməyini mütəmadi şəkildə buraxan insanlarda metabolik sindromun yaranma ehtimalı 10-26% daha yüksəkdir. Bu şəxslərdə xüsusilə qarın nahiyəsində piylənmə (abdominal piylənmə) və qanda qlükoza səviyyəsinin artması daha çox müşahidə olunur.
Tədqiqat müəllifləri qeyd edirlər ki, müntəzəm səhər yeməyi orqanizmin metabolizmini sabit saxlamağa kömək edir. Bu isə diabet və ürək-damar xəstəliklərinin qarşısını almağın sadə və effektiv üsullarından biri hesab olunur. Alimlər vurğulayıblar ki, səhər yeməyindən imtina etmək zərərsiz vərdiş deyil, əksinə, xroniki xəstəliklərin yaranması üçün potensial risk faktorudur.
2025-10-14
21:46:10
Səhər Yeməyindən Imtina Etməyin GİZLİ TƏHLÜKƏSİ
Digər Xəbərlər
-
Məşhur Futbolçu Ailəsi Ilə Parkda Görüntüləndi – Gizlənmək üçün üzünə şərf Bağladı
2025-10-15 14:32:10 -
"Arka Sokaklar"ın Hüsnü Çobanı Sosial Medianın Gündəmində – Tamaşaçı "Serialdan Getmə" Deyə Yalvardı
2025-10-15 14:06:11 -
Belarus Azərbaycana Süd Konservlərinin Tədarükünə Başlayacaq
2025-10-15 11:38:06 -
1762-ci Ildən Qalan Tablo Illərlə Hamını "aldadıb" - Marie Antoinette Deyilmiş
2025-10-14 23:46:11 -
Hər Evdə Var! - Bu əşyalar Sizi Sonsuzlaşdırır
2025-10-14 23:30:12