"Arka Sokaklar"ın Hüsnü Çobanı Sosial Medianın Gündəmində – Tamaşaçı "Serialdan Getmə" Deyə Yalvardı

Türkiyənin uzunömürlü serialı "Arka Sokaklar" 20-ci mövsümü ilə ekranlarda yer almağa davam edir. Serialda Hüsnü Çoban obrazını canlandıran Özgür Ozan, sosial mediada böyük marağa səbəb olub. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, son bölümdə yaralanan Hüsnü Çobanı görən bir tamaşaçı, real həyatda aktyorla qarşılaşanda emosiyalarına hakim ola bilməyib. Vətəndaş aktyora yaxınlaşaraq deyib: "Çox üzüldük, serialdan ayrılma!" Bu anların yer aldığı video qısa müddətdə sosial mediada viral olub və minlərlə istifadəçi tərəfindən şərh yağmuruna tutulub. İzləyicilərin bir qismi vəziyyəti gülməli qarşılayaraq belə şərhlər yazıb: • "Bəzi insanlar bu serialları həqiqətən çox ciddiyə alır." • "Adam aktyor karyerasını iki obrazla başa vuracaq." • "Tək serialla təqaüdə çıxacaqlar." • "Allah başqa dərd verməsin." • "Millət başdan çıxıb vallah." 2006-cı ildən bəri "Arka Sokaklar"ın ən sevilən obrazlarından biri olan Hüsnü Çoban xarakterinə tamaşaçıların emosional bağlılığı bir daha diqqət çəkib.