Türk televiziya tarixinin ən çox izlənən seriallarından biri olan "Yaprak Dökümü" illər sonra yenidən gündəmə gəlib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, serialın baş rollarından usta aktyor Halil Ergün uzun fasilədən sonra qatıldığı televiziya proqramında, illər əvvəl canlandırdığı "Ali Rıza Tekin" obrazının final səhnəsini bir daha oynayıb.
79 yaşlı sənətçi həmin anlarda duyğularına hakim ola bilməyib və gözləri dolub. Ergün, bu obrazın həm peşəkar karyerasında, həm də şəxsi həyatında xüsusi bir yeri olduğunu bildirib.
Keçmişə qayıtdığını deyən aktyor açıqlamasında:
"Çox təsirləndim. Elə bilirəm ki, əfsanəvi bir həyat yaşayıram. Türkiyənin harasına getsəm, hamı məni bağrına basır. Serialdakı bütün aktyor heyəti möhtəşəm idi, sanki kino səviyyəsində bir iş idi." sözlərini səsləndirib.
Halil Ergün "Yaprak Dökümü"nün onun üçün xüsusi dəyərini də ilk dəfə bölüşüb. O, Reşat Nuri Güntekinin eyni adlı romanını uşaqlıq illərində oxuduğunu deyərək belə danışıb:
"İlk oxuduğum roman ‘Yaprak Dökümü’ idi. Rol təklifi gələndə çox qorxdum. Final səhnəsində ölüm anını oynayanda həyətə çıxıb tək qalmaq istədim. Çox dərin bir vida hissi yaşadım və gözlərimi yumduğum ana qədər təsirindən çıxa bilmədim."
Qeyd edək ki, 2006–2010-cu illərdə yayımlanan "Yaprak Dökümü" yayımlandığı dövrdə ailə münasibətləri və cəmiyyətin sosial strukturunu əks etdirən hekayəsi ilə böyük rezonans yaratmış və televiziya yaddaşına silinməz iz buraxmışdı.
2025-11-03
11:27:06
"Alirza Bey" Illər Sonra "Yaprak Dökümü"nün Final Səhnəsini Yenidən Canlandırdı - VİDEO
Digər Xəbərlər
-
Ən Təhlükəli Dörd Mövsüm Təkərləri - SİYAHI
2025-11-03 21:00:12 -
Payızda Immuniteti Gücləndirmək üçün Nə Yemək Lazımdır?
2025-11-03 20:46:11 -
Lautaro özünü Aquero Və Tevesdən üstün Tutdu
2025-11-03 20:31:03 -
Əti Tez əritməyin Yolu - Maraqlı üsul
2025-11-03 20:16:09 -
Şampuna Yarım çay Qaşığı əlavə Edin - ŞOK NƏTİCƏNİ Görün
2025-11-02 23:31:10