Qızılın Qiyməti 120 Dollardan çox Azaldı

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabr ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti bir trua unsiyası üçün 4 267 dollara qədər azalıb. Oxu.Az-ın xəbərinə görə, bunu ticarət platformasının məlumatları göstərir. Qeyd edək ki, dünən qızılın qiyməti bir trua unsiyası 4 392 dollara satılırdı.