Qız Toyunda Atanın ürək Sözləri: Hər Kəsi Kövrəltdi -

Türkiyədə baş tutan toy mərasimində yaşanan duyğusal anlar sosial mediada böyük marağa səbəb olub. İzləyicilər bu kövrək anları göz yaşları ilə qarşılayıblar.

Bir neçə il əvvəl 3 yaşlı oğlu Osmanı itirən ata, qızının toyunda kürəkəninə xitabən ürək sözlərini bölüşüb. Çıxışında yaşadığı dərin acını xatırladan ata, qızının onun həyatındakı əvəzolunmaz yerindən danışıb.

Oğlunun itkisindən sonra dünyaya gələn qızının onun üçün xüsusi bir məna daşıdığını vurğulayan ata, kürəkəninə müraciət edərək qızı haqqında "Bu, mənim yaramın qabığıdır" deyib.

Atanın bu sözləri və emosional çıxışı toy iştirakçılarını göz yaşlarına qərq edib. Həmin anların lentə alınan görüntüləri sosial şəbəkələrdə geniş yayılaraq çoxsaylı insanın duyğularına toxunub.