Qədim Adət-ənənələr: Gəlini Valideyn Seçərdi, Yayda Toy Olmazdı, Məclisə Pul Yazdırmazdılar

Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qəhrəmanı Biləsuvar sakini Akif Kazımov olub. O, Biləsuvarın toy adətlərindən söz açıb: "Əvvəllər toylar oktyabr ayından başlayaraq marta qədər davam edərdi. Yayda toy etməzdilər. Həmin fəsildə hamı işləyər, pul yığardı. O vaxtlar toyda pul yazdırmaq adəti yox idi. Hamı məclisə şabaş salardı. Gəlini isə əsasən valideynlər seçərdi. Bəzən də oğlan qızı bəyənib qaçırardı". Akif Kazımov həmçinin o vaxtların qohumluq və qonşuluq münasibətlərindən bəhs edib: "Keçmişdə insanlar daha mehriban idilər. Onlar bir-birlərinə kömək edər, dəstək olardılar. İndi isə zəmanə dəyişib. İnsanlar arasında paxıllıq artıb. Telefonlar onları bir-birindən soyudub".(oxu.az)