Minifutbol-2025: Çexiya BƏƏ Yığmasına Qalib Gəldi

Minifutbol-2025: Çexiya BƏƏ Yığmasına Qalib Gəldi
Çexiya millisi Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında BƏƏ yığmasını məğlub edib. Sonxeber.az-ın məlumatına görə, G qrupunun oyunu Milli Gimnastika Arenasında baş tutub. Günün son qarşılaşması Avropa təmsilçisinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, qrupun digər matçında Gürcüstan yığması Argentina millisini 6:1 hesabı ilə məğlub edib. Hərəyə 6 xalı olan Gürcüstan və Çexiya yığmaları pley-off mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin ediblər.

Mənbə: https://sonxeber.az