Fenerbahçənin yarımmüdafiəçisi Fred, sıx oyun qrafikindən tapdığı qısa fasilədə övladlarını parka apararaq onlarla vaxt keçirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ulduz futbolçu tanınmamaq üçün üzünü şərf və kapüşonla gizləməyə çalışsa da, bu cəhd ətrafdakı insanların diqqətindən yayınmayıb.
Fred, oğlu ilə birlikdə luna parkda əylənərkən səmimi görüntülər sərgiləyib. Lakin insanlar futbolçunun oğlunu tanıyınca, Braziliyalı oyunçunun kimliyi də tez bir zamanda üzə çıxıb.
Fredin tanındığını görən bəzi vətəndaşlar onunla xatirə fotosu çəkdirmək üçün növbəyə durublar, həmin anlara aid şəkillər isə sosial şəbəkələrdə sürətlə yayılıb.
Ulduz futbolçunun "tanınmamaq üçün gizlənib, amma yenə də tanındığı" anlar azarkeşlər arasında maraqlı müzakirələrə səbəb olub.
Bəzi sosial media istifadəçiləri "Fred gizlənsə də, futbolçu karizması gizlənmir", digərləri isə "Oğlunu tanıyınca plan pozulub" kimi yumor dolu şərhlərlə hadisəyə münasibət bildiriblər.
2025-10-15
14:32:10
Məşhur Futbolçu Ailəsi Ilə Parkda Görüntüləndi – Gizlənmək üçün üzünə şərf Bağladı
Digər Xəbərlər
-
Bu Bölgədə Xüsusi Bir Hadisə Baş Verir - Səbəbini Alimlər Də Bilmir
2025-10-15 23:46:10 -
Borş Sevərlərə Pis Xəbər: Bəzi Insanlar üçün Təhlükəlidir
2025-10-15 22:47:10 -
Arı Zəhəri Də Müalicəvi Imiş...
2025-10-15 22:15:11 -
Dünyaca Məşhur Paris Hilton Türkiyəli Müğənni Haticeni Izləməyə Başladı
2025-10-15 20:55:11 -
"Arka Sokaklar"ın Hüsnü Çobanı Sosial Medianın Gündəmində – Tamaşaçı "Serialdan Getmə" Deyə Yalvardı
2025-10-15 14:06:11