Komadan Ayılan şəxsin şok Eti̇raflari: O Dünyada Gördükləri!

Almaniyalı Gerhard Şuq intihar cəhdindən sonra komaya düşüb. Bu müddətdə cəhənnəm, şeytan və insan ruhlarının əzablarını gördüyünü iddia edir. Bu təcrübə onun dünyagörüşünü dəyişib. İndi o, insanın həyatını yarımçıq qoymağa haqqı olmadığına inanır. O, tunelin sonunda işıq görmədiyini, zülmət içində qədim bir qəsrin yanında olduğunu bildirib. Orada taxtda oturan şeytan və qayıqlarla gətirilən ölülərin ruhları var idi. Ruhların bəziləri qara daşlara göndərilir və dəhşətli səslər altında əzilirdi. "Ölümdən qorxurdum, amma insanların ruhlarının başına gələnlərdən dəhşətə gəlirdim", - deyə Şuq qeyd edib. Gerhard Şuq həyat və ölümə baxışının dəyişdiyini, insanın öz ömrünün bitməsinə qərar verə bilməyəcəyini düşünür. O, ömrünün qalan hissəsini dünyasını dəyişmiş qızı ilə cənnətdə qovuşmaq ümidi ilə yaşayacağını söyləyib.