İtaliyada əlilliyə görə müavinətlə bağlı ağlagəlməz saxtakarlıq aşkar edilib.
Oxu.Az "Oddity Central" nəşrinə istinadən xəbər verir ki, 70 yaşlı Viçentsa sakini 53 il ərzində qanunsuz olaraq bir milyon avrodan çox dövlət yardımı alıb.
Məlumata görə, həmin adama tam korluq səbəbindən uzun illər təqaüd verilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin üzərində iki ay ərzində müşahidə apararaq, onun gündəlik fəaliyyətini videoya çəkiblər.
Müşahidələr zamanı onun şəhərdə sərbəst hərəkət etdiyini, təhlükəli alətlərlə bağçada işlədiyini, bazarda diqqətlə ərzaq seçdiyini, nağd pul ödədiyini müşahidə ediblər.
Toplanmış sübutlara əsasən, yerli prokurorluq həmin şəxsi dövlət fırıldaqçılığında ittiham edib. Əlilliyə görə bütün sosial müavinətlər dərhal dayandırılıb.
2025-10-16
21:46:10
İtaliyada Ağlagəlməz FIRILDAQÇILIQ: Sakin 53 Il ərzində Saxta Yolla Milyon Avro Təqaüd Alıb
Digər Xəbərlər
-
Rəqəmlər Inanılmazdır! Bir Kiloqram Qızılın Bir Ayda Qazandırdığı Pula Baxın! - VİDEO
2025-10-17 11:59:09 -
İkinci əl Avtomobil Hissələri Alarkən Nələrə Diqqət Edilməlidir ?
2025-10-17 11:53:09 -
Payızda Immuniteti Gücləndirən Qidalar
2025-10-16 23:46:07 -
Hər Axşam Bir Mandarin Yeyin...
2025-10-16 23:01:11 -
Alimlər Kliniki ölüm Keçirmiş Insanların 70 Faizinin Nə Ilə üzləşdiyini öyrəniblər
2025-10-16 22:01:10