Apple yeni iPhone 17 Pro Max telefonlarında rəng dəyişikliyi problemi yaranıb.
Metbuat.az xəbər verir ki, telefonların narıncı rəngi solmağa başlayıb. Bu barədə istifadəçilər şikayətlər irəli sürüb. Sosial mediada paylaşılan fotolarda iPhone 17 Pro Max-ın narıncı rənginin solduğu müşahidə edilib. Bəzi istifadəçilər bu dəyişikliyin cihazın çərçivəsi və kamerası ətrafında xüsusilə nəzərə çarpdığını iddia ediblər. Mütəxəssislər rəng dəyişikliyinin əsas səbəbinin alüminium səthində oksidləşmə olduğunu hesab edirlər. Bildirilir ki, Apple belə kimyəvi reaksiyaların qarşısını almaq üçün anodlaşdırılmış qoruyucu örtükdən istifadə edir. Bəzi telefonlarla bu qoruyucu təbəqənin tam tətbiq olunmadığı iddia edilir. Bildirilir ki, bu, alüminiumun rəngini dəyişərək hava ilə reaksiyaya girməsinə səbəb olur.
Bu rəng dəyişikliyi cihazın tez-tez toxunan sahələrində xüsusilə nəzərə çarpır. Apple iddialarla bağlı rəsmi açıqlama verməyib.
2025-10-19
00:19:06
IPhone 17 Pro Max Alanlar PEŞMAN OLDULAR
Digər Xəbərlər
-
Evdəki Bu əşyalar Internetin Sürətini ZƏİFLƏDİRMİŞ - AÇIQLAMA
2025-10-19 00:17:09 -
Pəncərələri Qış Rejiminə Necə Keçirtmək Olar?
2025-10-19 00:15:07 -
Qızılın Qiyməti 120 Dollardan çox Azaldı
2025-10-18 23:51:10 -
Qiymənin Içinə 1 Parça əlavə Edin - Çox Ləzzəti Olur, Köhnəlmir
2025-10-18 23:31:07 -
"ChatGPT" Sayəsində 100 Min Dollar Qazandı
2025-10-18 20:11:09