Hər Gün Yumurta Yedikdə Xolesterin Səviyyənizlə Nələr Baş Verəcək? şok Faktlar!

Yumurta və Xolesterin: Əfsanələr və Həqiqətlər

Yumurta, müasir insanın qida rasionunda ən çox müzakirə edilən qidalardan biridir. Bir tərəfdən, mükəmməl zülal qaynağı hesab olunur, digər tərəfdən isə tərkibindəki yüksək xolesterin səviyyəsinə görə daim müzakirə mövzusudur.

Hipertoniyanın idarə olunması üçün həkimlər tərəfindən tövsiyə olunan DASH pəhrizinin əsas hissəsi olan yumurta, gündəlik istehlak edildikdə ürək-damar sisteminə mənfi təsir göstərmir. Lakin, 47 mindən artıq qadının iştirak etdiyi Fransız E3N araşdırması fərqli nəticələr ortaya çıxarıb. 15 il davam edən araşdırmalar göstərib ki, həddindən artıq xolesterin qəbulu, xüsusilə həftədə 7 ədəddən çox yumurta yemək, hipertoniya riskini artıra bilər.

Yumurta Ürək Sağlamlığı Üçün Təhlükəlidirmi?

Yumurtanın ürək sağlamlığına zərərli təsiri ilə bağlı narahatlıqlar şişirdilmişdir. Araşdırmalar göstərir ki, əksər insanlar üçün yumurtanın müntəzəm qəbulu qanda xolesterin səviyyəsini artırmır.

Orqanizm tarazlığı qorumağa qadirdir. Qida ilə xolesterin qəbul etdikdə, qaraciyər öz xolesterin istehsalını azaldır, beləliklə tarazlıq qorunur.

Əsas Nəticələr: Gündə Neçə Yumurta Yemək Olar?

Gündə iki yumurta yemək təhlükəsizdir. Aşağı doymuş yağ tərkibli bir pəhrizdə bu miqdar "pis" xolesterin səviyyəsini artırmır. Əsl təhlükə doymuş yağlardır. Qanda xolesterin səviyyəsinə yumurtadan daha çox təsir edən amil, ümumi doymuş yağ miqdarıdır. Məsələn, yağlı ət, fast food və trans yağlar əsas risk faktorlarıdır.

Yumurtanı Pəhrizə Necə Əlavə Etməli?

Mütəxəssislər, yumurtanın sayına deyil, onun nə ilə birlikdə yeyilməsinə diqqət etməyi məsləhət görürlər. Tərəvəz və tam taxıllı çörəklə birlikdə bişirilmiş yumurta ideal səhər yeməyi hesab olunur. Əksinə, bekon və ya kolbasa ilə qızardılmış yumurta, məhsulun faydasını azaldır, çünki işlənmiş ətlərdə duz və trans yağların miqdarı yüksəkdir.